Dünya

“Müharibə 47 milyon insanı ac qoya bilər” – BMT

Rusiya – Ukrayna müharibəsi fonunda dünyada 47 milyonadək insan tələbat böhranı ilə əlaqədar güclü aclıqla üzləşə bilər.

“Report”un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında bildirilir.

Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: “Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq”.

81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan ÜƏP ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb. Birinci ssenaridə Rusiya – Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb.

Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Bura müharibəyədək belə bir situasiya ilə mübarizə aparanlar da daxildir.

Bənzər yazılar

Back to top button