Dünya

Eduard Limonovun vida mərasimi qapalı keçiriləcək – Vəsiyyət

Eduard Limonovun cənazəsi və onunla vida mərasimi ictimaiyyət və media üçün qapalı olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə onun qeydə alınmayan “Başqa Rusiya” partiyasının mətbuat xidmətindən bildirilib. Təşkilat bunun mərhumun arzusu olduğunu söyləyıb.

Xatırladaq ki, 77 yaşlı siyasətçi yazıçı əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən dünyasını dəyişib. Çərşənbə axşamı bir anda iki əməliyyat keçirib. Ancaq boğazında problem yaranıb, ondan sonra da iltihab prosesi başlayıb.

Bənzər yazılar

Back to top button