Hadisə

100-dən çox işçi işə çıxmayıb – “Wolt”da etiraz

“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “İşçinin səsi” səhifəsi məlumat yayıb.

Bildirilib ki, kuryerlər maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

İşçilərin verdiyi məlumata əsasən, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb.

Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var:

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”.

Kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.

Bənzər yazılar

Back to top button