Dünya

Türkiyənin məşhur yazıçısı Ərdoğanın Ayasofya qərarına qarşı çıxdı

Yazıçı deyib ki, Ayasofyanı yenidən məscidə çevirməklə Türkiyənin artıq dünyəvi dövlət olmadığının elan edilməsidir

AzToday.az “sozcu.com.tr”yə istinadən xəbər verir ki, “Nobel” mükafatı laureatlı olan türkiyəli yazıçı Orhan Pamuk İstandulda yerləşən Ayasofiya məbədinin 86 il sonra məscid kimi yenidən ibadətə açılmasına münasibət bildirib.

Belə ki, Aysofiyanın yenidən məscid olaraq ibadətə açılması ilə bağlı həftələrdir davam edən müzakirələr ötən gün sona çatıb.
Türkiyə Respublikası Dövlət Şurasının razılığı və Prezident Ərdoğanın təsdiqi ilə Ayasofyanın məscid olaraq yenidən ibadətə açılması qərara alınıb.

Qanuni tənzimləmədən sonra türk yazıçısı Orhan Pamuk qərarı BBC-yə verdiyi açıqlama ilə belə dəyərləndirib: “Ayasofyanı yenidən məscidə çevirmək, dünyanın qalan hissəsi üçün artıq dünyəvi olmadığımız anlamına gəlir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button