Dünya

ABŞ ilk koronavirus qurbanını verdi

Çinin Vuhan şəhərində ABŞ vətəndaşı yeni növ koronavirus səbəbindən ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Ölən şəxsin 60 yaşlarında olduğu və bunun ABŞ üçün ilk koronavirus qurbanı olduğu bildirilib. Onun epidemiyaya yoluxduqdan sonra yerli xəstəxanaların birində müalicə edildiyi qeyd olunur.

Xatırladaq ki, şənbə günü də bir Yaponiya vətəndaşı dünyasını dəyişmişdi. Ümumilikdə isə yeni növ koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb, 31 min 774 nəfərin isə epidemiyaya yoluxduğu deyilir.

Bənzər yazılar

Back to top button