İqtisadiyyat

“Qaçqınkom” şefinin tender şirkətləri, 770 minlik işlər, getməyən təmir…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2022-ci ilin ilk 3 ayı ərzində 772 384.68 manat olan 6 satınalma müqaviləsi imzalayıb.

Tia.az məlumat verir ki, müqavilələrdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınmış məcburi köçkün şəhərciyində binalarda təmir işləri nəzərdə tutulur.

Lakin gələn xəbərlərə görə bu binalarda hər hansı təmir-tikinti getmir. O zaman “Qaçqınkom” sədri Rövşən Rzayev kimi aldadır, qurum niyə saxtakarlığa yol verir?

Bundan əlavə, torpaqlar işğaldan azad edilib, köçkünlər gec-tez ev-eşiyinə qayıdacaq. O halda binaları ilin-günün bu vaxtında təmir etməyin zərurəti nədir?

Bildirilir ki, fasad üzlük daşları və dam örtüklərinin təmiri (139583.73 AZN), dəftərxana ləvazimatları (18267.58 AZN), məcburi köçkün qəsəbələrində dezinfeksiya işləri (48749.52 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 98 ədəd liftlərə texniki xidmətin göstərilməsi (98525.28 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 172 ədəd liftlərə texniki xidmətin göstərilməsi (176230.57 AZN) və Qəbələ rayonunda yerləşən məcburi köçkün qəsəbəsində istilik qazanxanasının təmiri (29102.8 AZN) nəzərdə tutulur.
Müqavilələr bir neçə şirkətlərlə bağlanıb. Onlar “TUNEL-METRO İNŞAAT ” MMC, “GREY GROUP” MMC, “FUAD-KİMYA SERVİS” MMC,
“AZƏRLİFT SERVİS” MMC, “REAL-3” Müəssisəsi, “ŞIRVAN-2018” MMC-lərdir.

İddialara görə, bu şirkətlər R.Rzayevə yaxınlığı ilə seçilən şirkətlərdir.

Bu da tender korrupsiyasının ən asan yollarından biridir. Prezident bir müddət əvvəl demişdi ki, məmurlar özlərinə yaxın adamların şirkətlərini tenderdə qalib elan edərək büdcə vəsaitlərini mənimsəyirlər. İndi deyilənlərə dair növbəti nümunə komitəni göstərmək olar.

Bənzər yazılar

Back to top button