Dünya

PKK-çı qadın İmamoğlunun ofisində tapıldı – İstanbulda şok əməliyyat (FOTO)

Istanbul Böyük Şəhər Bələdiyyəsinin sosial xidmətində işləyən Şəfəq D. adlı qadının 2016-cı ildə Şırnak vilayətində PKK/KCK terror təşkilatı üzvlərindən əldə edilmiş sənədlərin arasından əlində silahla çəkilmiş fotosu tapılıb.

AzToday.az “Teleqraf.com”a istinadla xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin əldə etdiyi dəlillər əsasında həmin şəxsin PKK terror təşkilatı ilə əlaqəsinin olduğu müəyyən edilib.

Məlumata görə, təşkilat üzvü bu gün səhər saatlarında İstanbul Böyük Şəhər Bələdiyyəsinin binasında saxlanılıb. Şəfəq D. ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyük Şəhər Bələdiyyəsinin yüzlərlə əməkdaşının terror təşkilatlarına bağlılığı və ya əlaqəsinin olduğuna dair bildirişlər və təsbitlər əsasında xüsusi yoxlamaya başlanıldığını açıqlayıb.

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu baş verənlərə görə daxili işlər naziri Süleyman Soyluya etiraz edib.

Bənzər yazılar

Back to top button