Dünya

Bayden koronavirusdan 120 milyon amerikalıın öldüyünü bildirdi

ABŞ-ın keçmiş vitse-prezidenti, qarşıdakı seçkilərdə Demokratların ən favorit hesab edilən namizədi Co Bayden Pensilvaniya ştatının Lancaster şəhərində çıxış edib.

Qaynarinfo Daily Mail-ə istinadən bildirir ki, Bayden çıxışında gözlənilmədən 120 milyon ölkə vətəndaşının koronavirusdan öldüyünü elan edib. Ancaq daha sonra səhv məlumat səsləndirdiyini hiss edib və əslində təxminən 120 min amerikalının infeksiyanın qurbanına çevrildiyini bildirib.

Ancaq Baydenin əsas rəqibi, ABŞ-ın hazırkı prezidenti Donald Tramp dövlət başçısı olmaq niyyətində olan bir insan üçün bu cür səhvlərin yolverilməz olduğunu deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button