CəmiyyətManşet

Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Əliyev məmnunluq hissi ilə qeyd edib ki, “haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir”.

“Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.

On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir”, deyə müraciətdə bildirilir.

Ramazan ayı mayın 1-də başa çatır, 2-3 may tarixlərində isə Ramazan Bayramı qeyd olunacaq.

Bənzər yazılar

Back to top button