İdman

Salah: “Trent mənə qəzəblənəcək, çünki…”

Ötən gün UEFA Çempionlar Liqasınını yarımfinalınını cavab qarşılaşmasında “Vilyarreal” “Liverpul” u qəbul edib. Oyun mersisaylıların qələbəsi ilə yekunlaşıb – 3:2.

Fanat.az xəbər verir ki, “Liverpul”un misirli ulduzu Məhəmməd Salah oyundan sonra növbəti dəfə finala yüksəlmələrini şərh edib:

“5 ildə üç dəfə Çempionlar Liqasının finalında, vau! Bu gün soyunub-geyinmə otağında hamı xoşbəxtdir və biz bayram edirik, sabah isə bütün diqqətimizi növbəti oyuna yönəldəcəyik – hələ həftəsonu “Tottenhem”lə matçımız var!”

İlk hissə çətin idi, lakin fasilədə Yurgen bizimlə danışdı. O, tez-tez danışır və qışqırırdı! Futbolçularla da öz aramızda danışdıq. Biz yüksək səviyyəli komandayıq, ona görə də oyuna yaxşı qayıda biləcəyimizi bilirdik. Bu, qalibiyyəti daha da həyəcanlandırır!

Mövsümdən əvvəl özüm üçün hədəf seçmişdim. Bu il 40 qol və 10 məhsuldar ötürmə planlaşdırmışdım! Trent (Trent Aleksandr-Arnold) mənə qəzəblənəcək, çünki Premyer Liqanın ən çöx asistenti mükafatını alacağam. Mən nə istədiyimi bilirəm. Premyer Liqa və Çempionlar Liqasını eyni anda qazanmaq fantastikdir – niyə də yox!”

Bənzər yazılar

Back to top button