İdman

Messi və “Barselona” rəhbərliyi arasında münaqişə

“Barselona”nın ulduzu Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında münaqişə baş verib.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu ilə klub rəsmisi “Instagram”da mübahisə edib.

Erik Abidal bildirib ki, komanda üzvləri sabiq baş məşqçi Ernesto Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Messi isə ondan narazıların adlarını çəkməsini tələb edib: “Hər kəs öz məqsədlərinə görə məsuliyyət daşımalıdı. İdman departamentindən olanlar da ilk növbədə, klub idarəçiliyinə cavabdehlik daşımalıdılar”.

Qeyd edək ki, “Barselona” Ernesto Valverde ilə yollarını yanvarın 14-də qarşılıqlı razılıq əsasında ayırıb. Kike Setyen komandaya yeni baş məşqçi təyin olunub.

Bənzər yazılar

Back to top button