DünyaSiyasət

Moskva Kiyevlə danışıqlara hazırdır, Çin isə Rusiyadan neft alışını dayandırıb

Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin cümə günü Çin Xalq Respublikasının sədri Si Tsinpinlə telefon danışığında bildirib.

“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”, – Çin Xarici İşlər Nazirliyi Putindən sitat gətirib.

Bundan öncə Ukrayna prezidenti Zelenski danışıqlara başlamaq təklifilə çıxış etmişdi. Rusiya prezidentinin mətbuat katibi Peskov Ukraynanın neytral statusa malik olmağa hazır olması ilə bağlı Zelenskinin bəyanatını müsbət addım kimi qiymətləndirib.

Öz növbəsində “Bloomberg” bildirib ki, Çindəki neft idxalçıları Ukrayna böhranı səbəbindən Rusiya neftini almaqdan imtina etmək qərarına gəliblər.

Xammalın daimi alıcıları malların maliyyələşdirilməsi və ödənişilə bağlı vəziyyət aydınlaşana qədər alışı dayandırıblar. Bundan əlavə, Qara dənizdən neftin nəqli xərcləri 3 dəfə artıb və nəqliyyat şirkətləri müharibə səbəbindən bu bölgədən getməyə başlayıblar.

Çin Rusiya neftinin ən böyük alıcısıdır. (Turan)

Bənzər yazılar

Back to top button