HadisəİdmanManşet

Nazir övladı IV İslam Həmrəyliyi Oyunları ərəfəsində təxribata hazırlaşır

Bu gün Azərbaycanın artan iqtisadi potensialı ölkədə istənilən layihəni həyata keçirməyə imkan verir. Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasi xətt nəticəsində Azərbaycan regional və dünya miqyaslı enerji layihələrinin iştirakçısı və etibarlı tərəfdaşına çevrilib. Ölkənin iqtisadi-siyasi qüdrəti artdıqca əhalinin rifah halının güclənməsi, abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən yüklü miqdarda vəsait ayrılır. Bunun bariz nümunəsidir ki, ölkə boyu yenidənqurma işləri aparılır. Hər il ölkəmizdə müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi isə dünyada ən irimiqyaslı idman tədbirlərindən biri hesab edildi.

Lakin bunlara baxmayaraq dövlət səviyyəsində aparılan bu işlərə öz əməlləri ilə kölgə salan məmurlar şəxsi mənafeləri naminə qanunsuzluqlara rəvac verir, narazılıq dalğası yaradırlar. Korrupsiyalaşmış, dövlət vəsaitlərinin talanması hesabına oliqarxlaşmış belə məmurlar onlara göstərilən etimadı doğrultmur, prezidentin yürütdüyü siyasətə zərbə vururlar. Elə götürək “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsi zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnən avtobus qəzasını təşkil etməklə bəzi xain məmurlar müxtəlif təxribatlara əl atdılar. Lakin sonradan onların çirkin əməlləri ifşa edildi. Sözügedən qəzaya görə həmin şəxslər artıq məsuliyyətə cəlb ediliblər.

Artıq yaxın günlərdə ölkəmizdə keçiriləcək daha bir mötəbər idman tədbiri – IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Ancaq görünür bəzi məmurlar bu mötəbər idman tədbirindən faydalanmaq istəyirlər. Bununla bağlı AzToday.az-a daxil olan məlumatlarda qeyd edilir ki, ölkəmizə səfər edəcək əcnəbi qonaqların və həmçinin idmançıların Azərbaycan haqqında müsbət rəy formalaşdırılmasına yardım etmək məqsədi üçün dövlət büdcəsindən Bakıda fəaliyyət göstərən tanınmış şirkətlərdən birinə (bu şirkətin adı redaksiyamıza məlum olsa da hazırda jurnalist araşdırmalarımız davam etdiyindən bu barədə yazmırıq) milyonllarla vəsait ayrılıb. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, həmin şirkətə Azərbaycanda nazirlərdən birinin övladı himayədarlıq edir və hazırda şirkət ölkənin inhisarçı bir qurumu kimi ad çıxarıb. Hətta deyilənə görə, şirkəti himayə edən yüksək vəzifəli məmur övladının şəxsi maraqları sonda sözü gedən idman oyunlarının faciə ilə yekunlaşmasını gətirib çıxara bilər. Əslində IV İslam Həmrəyliyi Oyunları ərəfəsində məkirli planlarını həyata keçirməklə nazirin özü və övladı başda ölkənin birinci xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və həmçinin dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursa inamsızlıq yaradaraq imicinə zərbə vurmağa hesablanıb.

P.S. Yaxın günlərdə şirkətlə bağlı və hansı nazirin övladı imkanlarından istifadə edərək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına kölgə salmaq niyyətində olduğu barədə geniş yazı dərc edəcəyik.
Araşdırmamız davam edir bizi izləyin.

Bənzər yazılar

Back to top button