İqtisadiyyatManşet
Vergilər Xidmətindən möcüzə: Tender elanından 5 gün sonra yaradılan şirkət qalib oldu (FOTOFAKT)
Lənkəran Dövlət Universiteti 19.04.2022-ci il tarixində tender müsabiqəsi (kotirovka sorğusu) elan edib.
Tenderin qalibi tender elanından 9 gün sonra – 28.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınan “Pluton-MM” MMC (VÖEN-1007564511) adlı şirkət olub.
Jurnalist Allahverdi Aydın hesab edir ki, bu gördüyünüz yarımmöcüzədir. Çünki sənəd qəbulu 05.05.2022-ci il tarixində başa çatıb. Hesab edək ki, şirkət 5-6 günə sənədlərini hazırlayıb tender komissiyasına tədim edib.
Tələb olunan sənədlər arasında MMC-nin 2021-ci ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatı da var.
Əsl möcüzə isə odur ki, Vergilər Xidməti olmayan şirkətin, olmayan maliyyə hesabatını təsdiqləyib…