Dünya

Son 30 ildə dünyada 178 milyon hektar meşə sahəsi məhv olub (HESABAT)

Dünyanın meşə sahəsi azalmağa davam edir.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Tsərrüfatı Təşkilatının hesabatına görə, 1990-cı ildən bəri yer kürəsinin 178 milyon hektar meşə sahəsi məhv olub.

Afrikada 2010-2020-ci illərdə ən böyük illik meşəsizləşmə nisbəti müşahidə olunub. 2010-cu ildən 2020-ci ilə qədər qitənin meşə sahəsi hər il 3,9 milyon hektar azalıb.

Eyni zamanda, 1990-2020 illəri ərzində bəzi ölkələrdə meşə itkisi əhəmiyyətli dərəcədə azalıb. 2010-2020-ci illərdə meşə sahələrində ən böyük artım Asiyada müşahidə edilib.

Meşələr 4,06 milyard hektar olan torpaq sahəsinin üçdə birini əhatə edir. Bütün meşələrin yarısından çoxu (54%) beş ölkədə – Rusiya, Braziliya, Kanada, ABŞ və Çində yerləşir.

Bənzər yazılar

Back to top button