Mədəniyyət

Əməkdar artist dəfn olundu (FOTO)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Əməkdar artist Mansur Mansurov dəfn olunub.

“Report” xəbər verir ki, mərhumla vida mərasimi bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki evində keçirilib.

Mərasimdən sonra o, Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.

Vida və dəfn mərasimlərində əməkdar artistin ailə üzvləri, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, M.Mansurov aprelin 22-də uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button