İdman

Quardiola: “Deyərdim ki, daha 10 il qalacağam amma…”

“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola klubu ilə nə vaxt yeni müqavilə imzalaya biləcəyi haqda danışıb.

Fanat.az xəbər verir ki, “Sky Sports” 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Klubla müqaviləmi yeniləyib və ya yeniləməyəcəyim gələn mövsümün sonunda bəlli olacaq. Daha tez yox. Uzun illərdir klubla bunu müzakirə edirik. Nəyəsə əmin olsaydım deyərdim ki, daha 10 il qalacağam, amma bunun üçün uyğun zaman olmalıdır. Nə bu mövsüm, nə də növbəti mövsüm uyğun vaxt olmayacaq. İndidən deyirəm bilin!”

Bənzər yazılar

Back to top button