İdman

Mourinyo əsəbiləşdi: “8-ci yeri tutmağımızı istəyənlər var”

“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasında və avrokubolarda komandasının oyununu idarə edən hakimlərə əsəbiləşib.

Qol.az xəbər verir ki, mütəxəssis bu barədə “Sportmediaset”ə danışıb. O deyib:

“Bizim səkkizinci yeri tutmağımızda maraqlı olanlar var. Konfrans Liqasının finalında qalib gəlmək istəyirik. Belə olan halda İtaliyanın avrokuboklarda 8 komandası olacaq. Bu, İtaliya futbolu üçün fantastikdir. Amma bizim kimi zəhmətkeşlərə qarşı ədalətsizlik, hörmətsizlik olmamalıdır. “Fiorentina” ilə matçda rəqib qalib gəldi. Biz də çox yaxşı oynadıq, amma hakimlərdən, VAR-dan və oyundan sonrakı problemlərdən bezmişdik. Yaxşı, hakimlər səhv etdi, cəzalandılar, bəs bizim xalımız haradadır? Mövsümün sonunda VAR-ı və hakimləri təbrik etmək istəmirəm. Mən A mövsüü beşinci və ya altıncı yerdə bitirmək istəyirəm . Bu, bizim məqsədimizdir, demək olar ki, hər mövsüm üçün minimal hədəfimizdir”.

Qeyd edək ki, “Roma” mayın 25-də Tiranada Konfrans Liqasının finalında “Feyenoord”la qarşılaşacaq.

Bənzər yazılar

Back to top button