Hadisə

Novruz bayramında əfv olacaq? (AÇIQLAMA)

“Novruz bayramında Prezidentin əfvlə bağlı sərəncamı olmayacaq”.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv etmək hüququ Prezidentin müstəsna səlahiyyətidir:

“Novruz Bayramına az müddət qalıb. Bu müddət ərzində Əfv Komissiyasının iclaslarının keçirilməsi və müraciətlərin araşdırılıb başa çatdırılmasını real görmürəm. Ölkədə Prezident seçkiləri keçirilib, hökumətin formalşadırılması prosesi gedir. Əfv Komissiyasının üzvləri eyni zamanda hökumətin üzvləridir. Digər dövlət işləri var. Buna görə düşünmürəm ki, işlərin belə qızğın vaxtında qısa müddət ərzində Əfv Komissiyasının iclasları keçirilməsi real olsun”.

Əlməmməd Nuriyevin fikirincə, əfv ilə bağlı müəyyən hazırlıq işləri görülməlidir:

“Düzdür, Əfv Komissiyası daimi fəaliyyətdədir, müraciətlər qəbul edilir, araşdırılır. Amma bu müraciətlərin hər birinə eyni zamanda Əfv Komissiyası baxır. Qarşıdakı aylarda Əfvlə bağlı gözləntilər mümkündür. Mart ayında isə belə bir gözləntim yoxdur”.

Bənzər yazılar

Back to top button