DünyaSiyasət

Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək

Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan həlak olan hərbçilərin valideynləri ilə görüşdə bildirib.

O qeyd edib ki, dindirilmənin dəqiq vaxt hələ məlum deyil.

Xatırladaq ki, mayın 12-də Ermənistan Baş Prokurorluğu 44 günlük müharibədə həlak olan hərbçilərin valideynlərinin müharibə ilə bağlı cinayət işinin istintaqı zamanı zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatətini təmin edib. Valideynlər Paşinyanın təqsirləndirilən şəxs qismində gətirilməsini və dindirilməyə çağırılmasını tələb edirlər. Baş Prokurorluq ibtidai istintaqın tam, obyektiv və hərtərəfli aparılması ilə bağlı vəsatəti təmin edib, lakin baş nazirin həbsi ilə bağlı vəsatət rədd edilib.

Bənzər yazılar

Back to top button