Cəmiyyət
Cümə günü yağış və güclü külək gözlənilir

Mayın 20-də Bakıda və Abşeronda yağış yağacağı, güclü şimal-qərb küləyi əsəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri verib.
Havanın temperaturu gündüz 17-20 dərəcə, gecə 13-15 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, dağlıq rayonlarda dolu düşəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə təşkil edəcək. Dağlarda gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.