İdman

“Özümüzü “Barselona” ilə müqayisə etmək bir qədər çox olar, amma…” – Lionel Messi

Argentina millisinin superulduzu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.az xəbər verir ki, ” Mundo Deportivo” onun sözlərini belə çatdırıb:

“İndiki Argentina millisi böyüyür, getdikcə daha da yaxşılaşır. Özümüzü tarixin ən yaxşı komandası olan “Barselona” ilə müqayisə etmək bizim üçün bir qədər çoxdur. Amma məncə, göstərdiklərimizə görə onların səviyyəsinə çox yaxınıq. Çünki Amerika Kubokunun və son dünya çempionatının qalibi olmuşuq. Baş məşqçimiz mundialdan sonra hər şeyə sıfırdan başlayacağımızı, zirvədə qalmağın çətin olacağını demişdi. Əla oyunçularımız var. Heyətdə kimin oynamasından asılı olmayaraq, hər zaman bu komandanın Argentina olduğu sezilir. Bizi başqa komandalardan çox fərqləndirən, çox fərqli oyun üslubumuz var və bu tərzi bəyənirik. Ümid edək ki, belə də davam edəcəyik.

Braziliyada Amerika Kubokunu qazanandan sonra üzərimizdən təzyiq götürüldü və böyüdük. Dünya çempionatını qazanandan sonra isə daha da inkişaf etdik. Komanda çox inamlıdır, çox rahatdır. Harada oynayırıqsa, həmişə əsas qəhrəmanıq və topa sahib olmaq istəyirik. Hazırda özümüzü əla hiss edir və bu oyunu oynamaqdan həzz alırıq.

Soyunub-geyinmə otağında yaxşı komanda və yaxşı ab-hava varsa, deməli, hər şey çox asandır. Uzun müddətdir ki, Argentinanın əla komanda olduğunu göstəririk. Heyətdə gənc oğlanlar var ki, onlar hər şeyi qazansalar da, qaləbələr əldə etməkdən doymayıblar”.

Bənzər yazılar

Back to top button