İdman

“Real”a zəng etdim, yaxşı məsləhət verdilər” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının 2021/2022 mövsümü Premyer Liqa çempionluğu haqda danışıb.

Qol.az BBC-yə istinadən xəbər verir ki, o, 38-ci turda “Aston Villa” üzərindəki əzmkar qələbədən (3:2) sonra keçirilən mətbuat konfransında deyib: “Son oyun həmişə çoxlu emosiya ilə dolu olur. “Aston Villa” bütün gücünü ortaya qoydu, ilk qol hər şeyi dəyişdi. Biz bu gedişatı dəyişməli idik.

Biz əfsanələrik. Əgər futbolçular beş il ərzində İngiltərədə dörd dəfə çempion olurlarsa, deməli, onlar xüsusidirlər. Biz həmişə xatırlanacağıq. Evdə azarkeşlərin önündə qalib gəlmək ən yaxşısıdır. Hesabı bərabərləşdirəndə üçüncü qolu vuracağımız hissi yarandı.

Bu qələbəmizin əhəmiyyəti ən yaxın rəqibimiz “Liverpul”un gücünü göstərir. Bütün həyatım boyu “Liverpul” kimi komandaya rast gəlməmişəm. Onları təbrik edirəm – hər həftə bizi daha da gücləndirdilər. İndi növbəti mövsüm haqqında düşünməyə həvəsim və enerjim yoxdur”.

O, 0:2 hesabı ilə uduzduqları görüşdə 3 qol vurub qələbə qazanmaları haqda deyib: “Mən “Real”a zəng etdim, onlar yaxşı məsləhət verdilər. Madridlilərin bizimlə matçdakı, bizim isə bugünkü oyundakı kambekimizin izahı yoxdur”.

Bənzər yazılar

Back to top button