İdman

Mbappe “Real Madrid”in təhqir edilməsinə belə reaksiya verdi – VİDEO

PSJ prezidenti Nasser Əl-Xelaifinin Kilian Mbappe ilə müqavilənin uzadılması ilə bağlı çıxışı zamanı klubun azarkeşləri “Real Madrid”in ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

Fanat.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, PSJ prezidenti dolu tribunalar qarşısında Mbappe ilə əməkdaşlığın uzadıldığını açıqlayarkən fanatlar Kilian uğrunda mübarizədə uduzan “Real Madrid”i söyməyə başlayıblar.

Mbappe isə tərəfdarları təbəssümlə dinləyib.

Bənzər yazılar

Back to top button