Siyasət

Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparıb

Mayın 23-də Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər regiondakı vəziyyət, üçtərəfli bəyanatların icrası, o cümlədən regionda kommunikasiyaların açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Öz növbəsində Ermənistan XİNi bildirib ki, Sergey Lavrovun bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla oxşar söhbəti olub.

Tərəflər 9 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının icrasını müzakirə ediblər.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması və regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyaların açılması müzakirə olunub.

Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və sabitliyin bərqərar olması prosesində Ermənistanın mövqeyini bir daha təsdiqləyib.

Qeyd edək ki,bu telefon danışıqları İlham Əliyevlə Nikol Paşinyan arasında Brusseldə dünənki görüşdən sonra baş tutub.

Moskva bütün proseslərdən xəbərdar olmağa və onların iştirakçısı kimi qalmağa çalışır.

Bənzər yazılar

Back to top button