İqtisadiyyatManşet

Azərbaycan vətəndaşları pulu daha çox nəyə xərcləyib? – Beynimizə, yoxsa mədəmizə?..

Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik məlumata görə Azərbaycanda ayda adambaşına orta hesabla 308 manat 60 qəpik istehlak xərclərimiz olur. İstehlak xərclərimizin isə cəmi 4 manat 90 qəpiyi və ya 1,6%-ni təhsil üçün xərcləyirik.

Təhsil sahəsi eyni zamanda istehlak xərclərimiz arasında ən az vəsait sərf etdiyimiz istiqamətdir. Müqayisə üçün qeyd edək ki, kafe və restoranlarda xərclədiyimiz pullar istehlak xərclərimizin 6,7%-ni (20,8 manat) təşkil edir və bu da göründüyü kimi təhsilə ayırdığımız vəsaitdən təxminən 4,2 dəfə çoxdur.

Yeniavaz.com-un araşdırmasına görə, istehlak xərclərinin 43,6%-ni (134,7 manat) ərzaq məhsullarının alınmasına yönəldirik. Kafe və restoronlarda xərclədiyimiz pulları da nəzərə alsaq gəlirlərimizin yarısını yeyib-içməyə xərcləyirik.

Maraqlı və diqqət çəkən məqam odur ki, son 3 ildə əsas istiqamətlərdə istehlak xərclərimiz artdığı halda təhsil xərclərimizdə azalma olub.

Müqayisə üçün 2019-2021-ci illərdə adambaşına düşən aylıq istehlak xərclərimizi təqdim edirik:

İstehlak xərcləri (aylıq) 2019-cu ildə 2021-ci ildə
Məbləğ Ümumi xərclərdə payı Məbləğ Ümumi xərclərdə payı
ərzaq məhsullarına 129,2 azn 41,5 % 134,7 azn 43,6 %
alkoqollu içkilərə 1,6 azn 0,5 % 1,8 azn 0,6 %
tütün məmulatlarına 4,3 azn 1,4 % 4,4 azn 1,4 %
paltar və ayaqqabıya 18,4 azn 6,2 % 18,7 azn 6,1 %
səhiyyə xidmətlərinə 14,4 azn 4,8 % 16,4 azn 5,3 %
nəqliyyat xidmətlərinə 19 azn 6,4 % 20 azn 6,5 %
rabitə  xidmətlərinə 9,7 azn 3,2 % 10,3 azn 3,3 %
istirahət və mədəniyyət xidmətlərinə 12,7 azn 4,3 % 11,4 azn 3,7 %
mehmanxana, kafe, restoran xidmətlərinə 26,8 azn 9 % 20,8 azn 6,7 %
təhsil xərclərinə 5,5 azn 1,8 % 4,9 azn 1,6 %

mənbə: Dövlət Statistika Komitəsi

Onu da qeyd edək ki, həm təhsil, həm də digər istehlak xərcləri iqtisadi rayonlarda müxtəlif olub. Məsələn, Naxçıvan iqtisadi rayonunda (Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa,  Şahbuz, Kəngərli və Sədərək rayonları) ərzağa sərf olunan pullar ümumi xərclərin 45,3%-nə (139,1 manat), təhsilə sərf olunan vəsait isə 1,6%-nə (5,9 manat) bərabər olub.
Bu göstərici iqitisadi rayonlarda aşağıdakı kimi olub:

İqtisadi rayonlar Ərzaq məhsullarına (aylıq) Təhsil xərcləri (aylıq)
Bakı şəhəri 150,4 azn 5,3 azn
Naxçıvan MR
(Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)
139,1 azn 5,9 azn
Abşeron-Xızı
(Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları)
137,1 azn 5 azn
Dağlıq Şirvan
(Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları)
129,3 azn 5,4 azn
Gəncə-Daşkəsən
(Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları)
131,3 azn 6,4 azn
Qarabağ
(Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)
122,1 azn 3,6 azn
Qazax-Tovuz
(Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları)
133,5 azn 4,5 azn
Quba-Xaçmaz
(Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları)
132,9 azn 4,1 azn
Lənkəran-Astara
(Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları)
132,1 azn 4,9 azn
Mərkəzi Aran
(Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları)
123 azn 5,2 azn
Mil-Muğan
(Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları)
123,2 azn 3,8 azn
Şəki-Zaqatala (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) 130,1 azn 3,6 azn
Şərqi Zəngəzur  (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) 143,5 azn 6,8 azn
Şirvan-Salyan (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) 120,6 azn 5,4 azn

mənbə: Dövlət Statistika Komitəsi

Açıqlanan rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda ərzaq məhsullarının alınmasına sərf olunan vəsait  ilə təhsil xərclərinə sərf olunan vəsait arasında kəskin fərq var. Ümumi ölkə üzrə açıqlanan rəqəmlərə baxdığımız zaman görürük ki, ərzaq məhsullarının alınmasına sərf olunan vəsaitin istehlak xərclərindəki payı təhsil xərclərinə sərf olunan vəsaitin istehlak xərclərindəki payı arasında 42 faiz bəndi fərq var:

İstehlak xərclərində ərzaq məhsullarının payı İstehlak xərclərində təhsil xərclərinin  payı Fərq
43,6 % 1,6 % 42 faiz bəndi

İnkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə bu fərq əksər hallarda daha aşağı olur. Müqayisə üçün bəzi Avropa ölkələrindəki mövcud statistikanı təqdim edirik:

Ölkələr İstehlak xərclərində ərzaq məhsullarının payı İstehlak xərclərində təhsil xərclərinin  payı Fərq
Lüksemburq 9,5 % 1 % 8,5 faiz bəndi
Almaniya 11,9 % 0,9 % 11 faiz bəndi
Danimarka 12,2% 0,9 % 11,3 faiz bəndi
İslandiya 13,6 % 1,1 % 12,5 faiz bəndi
Malta 15 % 2 % 13 faiz bəndi
İspaniya 15,8 % 1,8 % 14 faiz bəndi

mənbə: Eurostat

Unutmayaq ki, təhsil təkcə ölkələrin sosial-iqtisadi və sosial-mədəni inkişafında deyil həmçinin təhlükəsizliyində, davamlı inkişafında, məşğulluğun təmin olunmasında, yoxsulluğun azaldılmasında və s. mühim yer tutan fəaliyyət sahəsidir. Çünki ixtisaslı kadrların ortaya çıxardığı maddi və mənəvi dəyərlər, ixtisası olmayan insanın ortaya çıxardığı dəyərlərdən fərqlidir. Eyni zamanda onların gəlirləri arasında da ciddi fərqlər mövcuddur. İxtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına yatırılan sərmayədir. Başqa formada bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalını formalaşdırır. Ümumiyyətlə dünyada insan kapitalı ən çox gəlir gətirən investisiya hesab olunur. Bu baxımdan indiki dövrdə təhsilin keyfiyyətini yüksəltməyə çəkilən xərclər vacib məsələlərdən biridir. Qazanılan biliklər insanın ömür yolunda onu daim müşaiyət edir və sosial rifahını yaxşılaşdırır.

Təsadüfi deyil ki, istənilən ölkədə təhsilə xərclənən vəsait həmin ölkədə əsas iqtisadi göstərici olan adambaşına düşən ümum daxili məhsul (ÜDM) ilə düz mütanasibdir.

Aşağıdakı cədvəldə adambaşına düşən ÜDM-nin ən yüksək və ən aşağı səviyyədə olduğu 10 ölkədə, həmçinin region ölkələrində adambaşına düşən təhsil xərcləri və adambaşına düşən ÜDM-ni təqdim edirik:

Ölkələr Adambaşına düşən təhsil xərcləri Adambaşına düşən ÜDM
Monako 8 684 dollar 173  688 dollar
Lixtenşteyn 3 550 dollar 169 049 dollar
Lüksemburq 11 804 dollar 135 682 dollar
İrlandiya 13 187 dollar 99 152 dollar
İsveçrə 14 672 dollar 93 457 dollar
Rusiya 1 741 dollar 12 172 dollar
Qazaxıstan 1 416 dollar 10 041 dollar
Türkiyə 1 190 dollar 9 586 dollar
Azərbaycan 620 dollar 5 384 dollar
Gürcüstan 565 dollar 5 042 dollar
Ermənistan 388 dollar 4 670 dollar
İran 637 dollar 2 756 dollar
Burundi 12 dollar 237 dollar
Somali 446 dollar
Mozambik 90 dolar 500 dollar
Mərkəzi Afrika Respublikası 46 dollar 511 dollar
Madaqaskar 80 dollar 515 dollar

mənbə: Dünya Bankı

Bənzər yazılar

Back to top button