Siyasət

Əsir düşmüş erməni hərbçi azad edilib

Mayın 26-da Azərbaycan aprelin 23-də əsir düşmüş hərbçi Eduard Martirosovu Ermənistana qaytarıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, əsirin təhvil verilməsi mayın 22-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılığa uyğun olaraq və Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun vasitəçiliyilə baş tutub.

Rəsmi Bakı hələlik bu barədə məlumat verməyib.

Bənzər yazılar

Back to top button