Hadisə

Sərhədçi intihar edib

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev xidmət yerindən kənarda intihar edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Bənzər yazılar

Back to top button