Cəmiyyət

İcra başçısından bayrağa qarşı hörmətsizlik – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Pravda.az xəbər verir ki, o doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Sosial şəbəklərdə yayılan görüntülərdə vəfat edən hərbçimizin dəfnində Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun Azərbaycan bayrağına qarşı davranışı birmənalı qarşılanmayıb.

İcra başçısının Azərbaycan bayrağını büküb vəfat edən həbçimizin atasına təqdim etməsi müzakirələrə səbəb olub və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button