Hadisə

Bayram Səfərovun Şuşaya getməsinə icazə verilməyib? – İDDİA

Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyinin baş tutmadığı iddia edilir.

Bu barədə “gununsesi.info” saytı Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşına istinadən məlumat yayıb.

Məlumata görə, bu günlərdə icra başçısı polis şöbəsinin rəisi Səməd Məhərrəmova rayona getmək istədiyini bildirib.

Ancaq polis rəisi Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Qurbanovdan icazə almalı olduğunu, əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.

Bayram Səfərovun Məftun Qurbanova müraciəti isə “yox” cavabı ilə nəticələnib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra yalnız bir dəfə Şuşaya gedən icra başçısı “Xarı bülbül” festifalında qonaq qismində iştirak edib.

Bənzər yazılar

Back to top button