Cəmiyyət
İsrail səfiri Zəngilanda “ağıllı kənd”ə gedib
İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Bu barədə o, Tvitter-dəki mikrobloqunda yazıb.
“Biz Zəngilan rayonunda İsrail şirkətlərinin texnologiyaları və nou-hauları ilə təchiz olunmuş Ağalı “ağıllı kəndi”nə səfər etdik.
Bir ildən az müddətdə burada çox iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə genişlənən tərəfdaşlığımızın vacib hissəsidir”, – Dik vurğulayıb.(Turan)