İdman

“Real Madrid”in bu futbolçuları ÇL-in qalibi sayılmır

“Real Madrid”in qapıçısı Andrey Lunin və yarımmüdafiəçisi İsko UEFA Çempionlar Liqasının qalibi sayılmırlar.

Fanat.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Nəşrin informasiyasına görə, UEFA hesab edir ki, mövsüm ərzində bu yarışda bir dəqiqə də oynamayan futbolçular turnirin qalibi deyillər. Eyni zamanda, hər iki futbolçu finalda “Liverpul”u məğlub etdikdən (1:0) sonra medallar alıb və kubokun təqdimolunmasında iştirak ediblər.

İsko daha əvvəl “Real Madrid”dən ayrılacağını açıqlamışdı. Mediada yayılan məlumatlara görə, 23 yaşlı ukraynalı qapıçı Lunin “Vest Hem” və “Vilyarreal”a maraqlıdır.

Bənzər yazılar

Back to top button