İdman

Messi Mbappeyə cavab verdi

PSJ-nin hücumçusu Lionel Messi komanda yoldaşının – Avropada futbolun Amerikadakından daha yaxşı inkişaf etdiyini deyən Kilian Mbappenin söylədiklərini şərh edib.

Fanat.az xəbər verir ki, “TyC Sport” argentinalı ulduzun fikirlərini belə çatdırıb:

“Onun dediklərini eşitməmişəm. Amma bu mövzunu “Barselona”da oynadığım dönəmdə İspaniya millisinin futbolçuları ilə çox müzakirə etmişik. Həmişə onlara demişəm ki, Kolumbiya və ya Venesuella kimi ölkələrə səfər matçlarına uçsaydılar, dünya çempionatına vəsiqə qazanmaları daha çətin olardı. Cənubi Amerikada şərtlər daha mürəkkəbdir. Sizə bəzən Kolumbiyanın dəhşətli istisi əngəl yaradır, bəzən də dəniz səviyyəsindən çox yüksəkdə yerləşən ölkələrin birindəki oksigen çatışmazlığı. Bundan başqa, rəqiblərin hər biri inamla mübarizə aparır”.

Bənzər yazılar

Back to top button