GündəmManşetSiyasət

Müdafiə Nazirliyində KORRUPSİYA ƏMƏLLƏRİ: “Şlyapa” getdi, sırada kim var? – Polkovnik adları AÇIQLADI

“Orduda rüvşət hallarının artması barədə çox sayda informasiyalar oxuyuruq. Dövlət qurumları bununla bağlı hərəkətə keçməlidir. Haqsızlıqlara dözməyən hərbçilər xidmət etmək istəmirlər. Unutmamalıyıq ki, ölkənin əsas dayağı ordudur”.

Bunu Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin həbs edilməsini və ordudakı neqativ halların artmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkov ətrafında həlqənin daralması anlamına gəlir: “Zahid Niftəliyev “şlyapa” ləqəbi ilə tanınan bir şəxsdir. O, Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə “şlyapa” Zahid təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Onun yüksək vəzifəyə təyinatlar etdirməsi ilə bağlı da məlumatlar var. Onun barəsində cinayət işi açılmışdı. Sadəcə olaraq istintaqdan yayınırdı.

Sonunda onu hüquq mühafizə orqanları saxladı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki var idi. Fabrikin 13 faizi Zahid Niftəliyevin idi. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük bir zərbədir. Ancaq onu bilmək lazımdır ki, Nəcməddin Sadıkovun ətrafı təkcə bununla bitmir

Nəcməddin Sadıkovun əsas adamlarından biri də Elxan Məcidov idi. O, zamanında Maddi Texniki Təminat İdarəsində rəis idi. Sonra onu Mərkəzi Ordu İdman İdarəsinə rəis təyin edilib. Elxan Məcidov orada da öz əməllərindən əl çəkməyib. İdmançı olmayan əsgərlərə idmançı arayışı düzəldərək Mərkəzi Ordu İdman Klubuna cəlb edib onları ordudan yayındırırdı. Aldığım məlumata görə, Elxan Məcidov Nəcməddin Sadıkovun göstərişi ilə döyüşlər gedə-gedə böyük pullar alaraq bəzi əsgərləri MOİK-ə cəlb edib. Hazırda o ordu sıralarından tərxis olunub. Hesab edirəm ki, onun da istintaqa cəlb olunması vacibdir.

Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərov bir gün belə cəbhə bölgəsində xidmət etməyib. O, dayısının hesabına yüksək post tutub və zabitləri şərləyib, bundan qazanc mənbəyi kimi istifadə edib. Aldığım məlumata görə, xaricdə yayımlanan internet kanallarına “Tərtər işi” ilə bağlı informasiyaları Ramin Əsgərov ötürüb. Düşünürəm ki, Ramin Əsgərov məsuliyyətə cəlb edilməklə yanaşı, həm də onun general-mayor rütbəsi də əlindən alınmalıdır.

Nəcməddin Sadıkovun yaxın adamlarından biri də keçmiş İşlər İdarəsnin rəisi İlqar Məmmədovdur. İlqar Məmmədov həmin idarəni korrupsiya yuvasına döndərmişdi. Müdafiə Nazirliyinin ərazisi yaşıldır. Ora hazırkı nazir Zakir Həsənovdan da əvvəl yaşıllaşdırılmışdı. Ancaq İlqar Məmmədov hər il yaşıllaşdırma adı altında pulları mənimsəyib. İlqar Məmmədov həm də Xidməti Evlər Komissiyasının sədri olub. Yüksək rütbəli zabitlər evsiz olduğu halda, İlqar Məmmədov Nəcməddin Sadıkovun və digər şəxslərin göstərişi ilə 2-3 ay xidmətdə olmuş MAXE-ləri evlə təmin edib. Nəinki kənar şəxslər, öz ailəsi və qohumlarını da xidməti evlərlə təmin edib.

Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin rəhbərliyi bu işdən kənarda qalmamalıdır, onlar da faktları üzə çıxartmalıdırlar.

Qarabağda modul tipli hərbi hissələr inşa edilir. Hüquq mühafizə orqanları həmin obyektləri yoxlamalıdır. Aldığım məlumata görə, həmin kazarmalar dəyərindən qat-qat artıq məbləğdə göstərilir”.

Bənzər yazılar

Back to top button