Hadisə

Mingəçevirdə hərbçilərin qayığı batdı – 11 nəfər xilas edildi

Mingəçevirdə Kür çayında hərbçilərin gəzinti qayığı qəzaya uğrayıb.

Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında Kür çayının İnci kafesi yaxınlığından keçən hissəsində baş verib.

Amur tipli asma mühərrikli gəzinti qayığı hərbçi sərnişinlərlə hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb.

Qayıq az sonra batmağa başlayıb.

Sərnişinlərin kömək çağırışlarına ərazidəki gəzinti və xilasetmə qayıqlarından çevik müdaxilə olunub.

İlkin məlumata görə, batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakıların köməyi ilə sağ-salamat sahilə çıxarılıb. Ölən və ya ağır xəsarət alan olmayıb.

Qayıq Kür çayının dayaz nöqtəsində batıb. Onu tez bir zamanda əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub. Əldə olunan məlumata görə, bu tip qayıqlar 8 sərnişin üçün nəzərdə tutulsa da, 20 sərnişin götürmə imkanlarına malikdir.

Hadisə ilə bağlı Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev bunları deyib: “Biz ancaq gəmilər üçün liman tikib bir sahibkara icarəyə vermişik. Bu işlə bizim heç bir əlaqəmiz yoxdur”.

Bənzər yazılar

Back to top button