Dünya

Twitter 88 min hesabı sildi

Twitter Səudiyyə Ərəbistandan olan 88 min hesabı yanlış informasiya və reklam xarakterli e-mail yaydıqları üçün bağlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkət ətraflı araşdırma tədbirləri nəticəsində belə bir qərar qəbul edib.

Bağlanılan hesablardan ən az 6000-inin Səudiyyə idarəçiliyinin dəstəklədiyi təbliğat fəaliyyətlərində istifadə edildiyi və bu hesabların səudiyyəli rəsmilər haqqında müsbət fikirlər yaydığı qeyd olunub.

Digər tərəfdən təbliğat fəaliyyətlərinin “Smaat” adlı sosial şəbəkə və PR şirkəti tərəfindən idarə edildiyi və bu şirkətin eyni zamanda Səudiyyə Ərəbistanının rəsmi qurumlarının sosial şəbəkə hesablarını da idarə etdiyi bildirilib. Açıqlamada şirkət və şirkət rəhbərlərinin Twitterdən tamamilə uzaqlaşdırıldığı qeyd olunub.

Qeyd edək ki, Twitter daha öncə də Səudiyyə Ərəbistanının dövlət rəsmiləri haqqında təbliğat xarakterli məlumatlar yayan 6 min hesabla yanaşı, Qətəri hədəf göstərən BƏƏ-yə aid yüzlərlə hesabı da bağladığını açıqlamışdı.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button