Siyasət

“RİA Novosti” agentliyi Azərbaycanda bloklandı

Rusiyanın “RİA Novosti” xəbər agentliyinə Azərbaycanda giriş bloklanıb.

Yeniavaz.com xəbər verir ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində agentliyin saytına giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, Rusiyanın “RİA Novosti” dövlət agentliyi ötən gün Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayıb. Agentlik növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini “Dağlıq Qarabağ Respublikası”, Artak Beqlaryanı isə “dövlət naziri” kimi təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də “RİA Novosti”nin bu hərəkətini pisləyən açıqlama yayıb.

Bənzər yazılar

Back to top button