Hadisə

Filarmoniyadakı 18+ rəqs direktorun xanımı Aysel Teymurzadənin ad günündə olub

33 yaşını qeyd edən musiqiçi xanım və Filarmoniyanı direktoru olan həyat yoldaşı Prezident Adminstrasiyasının yüz metrliyində bu rəzaləti yaşadıblar…

Bir neçə gün əvvəl Filarmoniyanın həyətində yerləşən kafedə baş verən 18+ rəqslərlə bağlı xəbər yaymışdıq.

Bu hadisə ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdı. Belə ki, mədəniyyət beşiyi hesab olunan bir yerdə yarıçılpaq qızların erotik rəqslər etməsi analaşılan deyildi. Hadisə ilə bağlı yeni detallar məlum olub.

Musavat.com-un yazdığına görə həmin rəqs Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin sənətçi xanımı Aysel Teymurzadənin ad günündə olub. 33 yaşını qeyd edən musiqiçi xanım və həyat yoldaşı məclisi bu məkana salıb.

Onu da bildirək ki, bütün bu xoşagəlməz hadisə Prezident Adminstrasiyasının yüz metrliyində baş verib.

Bənzər yazılar

Back to top button