İdman

“O, Braziliya pasportu daşısaydı, qiyməti 100 milyon olardı” – Dario Srna

“Şaxtyor”un futbol üzrə direktoru Dario Srna komandanın yarımmüdafiəçisi Mixail Mudrik barədə danışıb.

Fanat.az xəbər verir ki, “Marca” xorvat veteranın dediklərini belə çatdırıb:

“Mudrik indiyə qədər “Şaxtyor” forması geyinmiş bütün braziliyalılardan güclüdür. Bu, demaqoqluq deyil. Bütün ömrümü futbola həsr etmiş biri kimi deyim ki, Mixail öz mövqeyində Mbappe, Neymar və Vinisius Juniordan sonra ən yaxşı oyunçudur. O, inanılmazdır. Təkliflər barədə düşünmür. Yalnız futbol oynayaraq vaxtını şən keçirməyə can atır. 21 yaşlı futbolçunun bu səviyyədə futbol sərgiləməsi sözün əsl mənasında, inanılmazdır. Mudrik Braziliya pasportu daşısaydı, qiyməti 100 milyon avro olardı. Elə indi də onu istəyən klub böyük pullar ödəməlidir”.

Bənzər yazılar

Back to top button