Hadisə

Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən – Açıqlama

Sosial şəbəkələrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun gələn ay Həcc ziyarətinə gedəcəyi barədə xəbərlər yayılıb.

AzToday.az-ın xəbərinə görə, sabiq nazirin ailəsindən “Qafqazinfo”ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi qaydalara əsasən, 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağandır: “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Z.Məmmədov vəzifədən azad olunandan sonra əsasən Ucar rayonunun Qazıqumlaq kəndində vaxtını keçirir və təsərrüfatla məşğul olur. Onun qardaşı, sabiq deputat Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, qardaşı vaxtının böyük hissəsi Quran oxumaqla keçirir.

Son günlərdə isə Ziya Məmmədovun adı yararsız hala düşən Bakı-Quba yolu ilə bağlı tez-tez hallanır. Qeyd edilir ki, həmin yola sabiq nazirin vaxtında 1 milyard manatdan çox vəsait xərclənsə də, həmin magistral qısa müddətdə sıradan çıxıb.

Bənzər yazılar

Back to top button