Dünya

Milyonlarla istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

Pulsuz VPN-dən istifadə edən 20 milyondan çox istifadəçinin şəxsi məlumatları ələ keçirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, vpnMentor tədqiqat qrupu UFO VPN, Fast VPN, Free VPN, Super VPN, Flash VPN, Secure VPN və Rabbit VPN tətbiqlərinin məlumat oğurladığını müəyyən edib. Bu tətbiqlər istifadəçilərin mail adreslərini, şifrələnməmiş parollarını, İP və ev adreslərini, smartfon modellərindəki məlumat və cihaz identifikatorları haqqında məlumatları sərbəst istifadə edə bilər. Məlumatların ümumi miqdarı 1,2 TB təşkil edir.

Bir çox tətbiq Google Play və AppStore-da 1 milyon dəfədən çox yüklənib və 4.5-dən yuxarı istifadəçi reytinqinə malikdir.

Bənzər yazılar

Back to top button