Siyasət

Laçındakı ermənilər Zabux kəndindən çıxarılır?

“İyunun 8-də “Milli Demokratik Partiyası” xəbər yayıb ki, Xankəndidən yüksək rütbəli bir məmur bu yaxınlarda Zabux kəndi sakinlərini ailələri ilə birlikdə kəndi tərk etməyə razı salmaq üçün Laçın rayonunun Zabux icmasına səfər edib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, “Laçın dəhlizi”nə alternativ yol çəkildikdən sonra Zabux kəndinin Azərbaycan hərbçilərinin nəzarətinə keçəcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndədir. Hazırda burada 300-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir. Bunlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdir.

Bənzər yazılar

Back to top button