Dünya

“ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv ediləcək”

ABŞ-ın İrana qarşı sanksiyaları bir müddət sonra ləğv ediləcək.

Yeniavaz.com İSNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“ABŞ-ın birtərəfli sanksiyaları öz təsirini dayandıracaq, bu, uzun sürməyəcək. İranın yeni hökuməti davamlı iqtisadi inkişaf proqramını tam şəkildə həyata keçirmək niyyətindədir. Növbəti mərhələdə biz şübhəsiz ki, ABŞ-ın sanksiyalarını neytrallaşdıracağıq, çünki onların beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur”,-deyə o əlavə edib.

Bənzər yazılar

Back to top button