İdman

Sneyder: “Messi və ya Ronaldu kimi ola bilərdim, özüm istəmədim”

Niderland millisinin və “Qalatasaray” klubunun sabiq əfsanəvi hücumçusu Uesli Sneyder, lazım olsa Lionel Messi və ya Kriştianu Ronaldu kimi futbolçu ola biləcəyini deyib.

Fanat.az xəbər verir ki, “Dutchsport” saytı 37 yaşlı mütəxəssisin dediklərini belə çardırıb:

“Mən Leo Messi və ya Kriştianu Ronaldu kimi ola bilərdim. Sadəcə olaraq özüm istəmədim. Mən həyatdan həzz alırdım, axşam yeməyində şərab içə bilirdim. Leo və Kriştianu fərqlidirlər. Onlar böyük fədakarlıqlar ediblər. Gecə klublarına getməyiblər, spirtli içkilərdən uzaq durublar. Mən fərqli idim, axşam dincələndə pivə içib stress atırdım, gəzintiyə çıxırdım. Mənə bunlar hamısı yaraşırdı, çünki karyeram heyrətamiz idi”.

Bənzər yazılar

Back to top button