İqtisadiyyat
Pomidorun bahalaşmasına səbəb nədir? – VİDEO
Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır.
AzToday.az xəbər verir ki, bu barədə İctimai TV-nin reportajında bəhs edilib.
Bildirilib ki, bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir.
Fermerlərin dediyinə görə, bir sıra istixanaların fəaliyyətini dayandırması qiymətlərə təsirini göstərib. Ötən il Rusiya tərəfindən pomidorla bağlı tətbiq edilən məhdudiyyətlər həmin təsərrüfatların bağlanmasına səbəb olub.