Cəmiyyət

“Bakı zombi apokalipsisə oxşayır, elə bil səhradır” – Formula 1-i izləyən xaricilər

Məlum olduğu kimi, Bakıda “Formula 1” yarışları keçirilir. İdman yarışını izləmək üçün ölkəmizə xarici ölkə vətəndaşları gəlib.

Yeniavaz.com xəbər verir ki, xarici turistlər, blogerlər və jurnalistlər paytaxtımız barədə öz auditoriyaları üçün sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

Xarici turistlərin paytaxtımız barədə fikirlərindən birini də yazıçı Ələkbər Əliyev öz profilində paylaşıb.

“Belə şərhlər gələcəksə ki, bunlar həqiqətdən uzaq deyil, bu yarışın keçirilməsi hansı məqsədə xidmət edir?

Tərcüməsi, qısaca “Bakı zombi apokalipsisə oxşayır, elə bil səhradır, balkonlarda belə adam yoxdur, elə bil hamını evakuasiya ediblər”

Ayıbdır vallah. Eheey, yuxarıdakılar, öz əsərinizlə fəxr edin. Bu da nəticəsi.

P.S. Bakıdan bir dostum yazır ki, “camaat səsdən bezib, hamı bağa qaçıb. Camaatın nə işi var balkonda”. Ok, bir versiya kimi bunu da qəbul edək”, – yazıçı qeyd edib.

Bənzər yazılar

Back to top button