Mədəniyyət

Nazirlik Rasim Balayevin səlahiyyətlərini təsdiq etdi

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Bu barədə AKİ məlumat yayıb.

Bildirilib ki, İdarə Heyətinin üzvləri bunlardır: Anar Rzayev (Xalq yazıçısı), Rasim Balayev (Xalq artisti), Firəngiz Qurbanova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi), Cəmil Fərəcov (kinorejissor, Əməkdar incəsənət xadimi), Baba Vəziroğlu (şair, tərcüməçi, Əməkdar incəsənət xadimi), Əli İsa Cabbarov (kinorejissor, prodüser, ssenarist), Oleq Səfərəliyev (kinorejissor) Ziya Şıxlinski (kinorejissor), Əsəd Əsədov (səs operatoru, Əməkdar mədəniyyət işçisi), Nizami Abbas (rejissor, Əməkdar incəsənət xadimi), Tahir Tahiroviç ( kinorejissor), Həmidə Ömərova (Xalq artisti), Şükufə Yusupova (Xalq artisti), Lalə Əfəndiyeva (prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru), Mirbala Səlimli (teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi) Cavid İmamverdiyev (kinorejissor, prodüser) Məbud Məhərrəmov (Xalq artisti), Qulu Məhərrəmli (filologiya elmləri doktoru, professor) Nadir Bədəlov (sənətşünas, ssenarist), Rövşən İsax (kinoejissor).
Qeyd edilib ki, yaxın günlərdə yığışacaq İdarə Heyəti katibliyin tərkibini müəyyən edəcək.

Bənzər yazılar

Back to top button