Hadisə

Məhkəmə Ramiz Zeynalovun qohumunun şirkətinin xeyirinə qərar verdi

Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) “Right Solutions” MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, iddia təmin olunub.

Qeyd: “Yük Taksisi.Az” MMC (166 xidməti) “Right Solutions” MMC-ni məhkəməyə verib. Belə ki, “Yük Taksisi.Az” daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürülüb.

Xatırlatma: “Yük Taksisi.Az” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda “Yük Taksisi.Az” və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

Bənzər yazılar

Back to top button