İdman

Qvardioladan sonra ilk dəfə…

“Barselona” Xavi Ernandesin baş məşqçiliyi altında La Liqada yaxşı oyun nümayiş etdirir.

Qol.az xəbər verir ki, komanda yalnız 1-ci turun “Rayo Valyekano” ilə görüşündə (0:0) fərqlənə bilməyib və sonrakı 5 matçda ən azı üç qol vurub. Kataloniya təmsilçisi 2010-cu ildən bəri ilk dəfə belə nəticəyə imza atıb. Komanda sonuncu dəfə Xosep Qvardiolanın baş məşqçiliyi altında La Liqanın ardıcıl 5 turunda 3 qol vura bilib.

Qeyd edək ki, 42 yaşlı Xavi 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır. Onun baş məşqçiliyi altında komanda bu mövsüm İspaniya çempionatının 6 oyununda 16 xal toplayıb və turnir cədvəlində 2-ci yerdədir.

Bənzər yazılar

Back to top button