İqtisadiyyat

BP-də nə qədər azərbaycanlı işləyir? – Rəsmi məlumat

Bu ilin əvvəlinə olan məlumata görə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Yeniavaz.com “BP-Azərbaycan” şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 4,5% və ya 111 nəfər artıb.

Son 10 ildə BP-də işləyən azərbaycanlı işçilərin sayı aşağıdakı kimi olub:

İllər BP-də işləyən azərbaycanlı işçilərin sayı
2013 2 835
2014 2 992
2015 2 735
2016 2 817
2017 2 448
2018 2 534
2019 2 534
2020 2 442
2021 2 266
2022 2 377

Bənzər yazılar

Back to top button